NƏQLİYYAT

DİQQƏT! Bu ərazilərdə təmir və rənglənmə işləri aparılacaq
15 MAY
129

DİQQƏT! Bu ərazilərdə təmir və rənglənmə işləri aparılacaq

2019-05-15 11:20:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 15 və 16 may tarixlərində səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bundan başqa səhər başlayaraq axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271