NƏQLİYYAT

Dünyanın ən sürətli qatarının sınaq yürüşləri keçiriləcək
13 MAY
198

Dünyanın ən sürətli qatarının sınaq yürüşləri keçiriləcək

2019-05-13 10:54:00

Yaponiyada dünyanın ən sürətli sərnişin ekspress qatarının sınağı baş tutacaq. Fins.az xəbər verir ki, yeni dizayn olunmuş qatar 10 maşın uzunluğunda və burun formasındadır.

"Shinkansen" super ekspressinin ALFA-X versiyasının test hazırlıqlarına 3 il əvvəl başlanıb. Yeni qatarın saatda 400 kilometr sürətlə hərəkət edəcəyi deyilir. Qatar 2030-cu ildə təhvil veriləcək. Bundan əvvəl baş tutmuş qatar sınaqlarında isə “Shinkansen” super ekspressinin "N700" versiyası 300 km sürətlə hərəkət edib.

Amma maraqlıdır ki, bu qatarların hərəkətində qeydə alınan ən yüksək nəticə deyil. Ən yüksək sürət 2015-ci il aprelin 21-də elə “Shinkansen” qatarında qeydə alınıb. Yaponiyada göstərilən bu sürət saatda 603 (!) kilometrə çatıb. Düzdür, həmin vaxt qatarda ancaq maşinist olub.

İkinci yerdə Fransanın TGV POS qatarı gəlir. Onun maksimal sürəti 574 kilometrə çatıb, bu zaman qatarda bələdçilər və jurnalistlər də olub. Kommersiya marşrutlarında isə sürət 320 kilometr olur.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır