NƏQLİYYAT

BNA daha bir mötəbər idman yarışının nəqliyyat xidmətlərini təşkil edir
11 MAY
179

BNA daha bir mötəbər idman yarışının nəqliyyat xidmətlərini təşkil edir

2019-05-11 19:56:00

Mayın 13-14-də Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları ilə əlaqədar nəqliyyat xidmətlərinin təşkili Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir. 

Fins.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında imzalanan memoranduma uyğun olaraq fəaliyyət planı hazırlanıb. 

Plana uyğun olaraq Qran-Pri yarışla əlaqədar xarici ölkələrdən (40-dan artıq ölkədən 400 nəfərədək) paytaxtımıza gələn idmançı, məşqçi, tibbi personal və rəsmilərin qarşılanması, otellərə və digər ərazilərə daşınması həyata keçirilir. Artıq mayın 9-dan nəqliyyat üzrə fəaliyyət planının icrasına başlanılıb.

Qeyd edək ki, paralimpiya idmançılarının daşınmasına cəlb olunan avtobusların sayı oturacaq sayına uyğun nizamlanır. Paralimpiyaçıların (sağlamlıq imkanları məhdud olduğu üçün) daşınması zamanı avtobuslarda olan ayaqüstü yerlər nəzərə alınmır.

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Qran-Prisinə təşkilati dəstək göstərən qurumlardır. SOCAR və BP yarışın əsas, “Toyota” şirkəti isə rəsmi tərəfdaşıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271