NƏQLİYYAT

Nəqliyyat qovşağından istifadə artıq ÖDƏNİŞLİDİR
10 MAY
486

Nəqliyyat qovşağından istifadə artıq ÖDƏNİŞLİDİR

2019-05-10 19:05:00
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində istifadəyə verilən Nəqliyyat qovşağından avtomobillərin istifadəsi artıq ödənişlidir.
Bu barədə Fins.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, qovşaq ərazisində parkomatlar quraşdırılıb. 
“Nəqliyyat qovşağından avtomobillərin istifadəsinə görə taariflər avtovağzalın digər giriş-çıxış hissəsində olduğu kimidir. Avtomobillərin qaldığı müddətə əsasən ödəniş olunmalıdır”. 
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264