NƏQLİYYAT

Xəzər dənizinin ən böyük barjı təmir olunub
17 APREL
96

Xəzər dənizinin ən böyük barjı təmir olunub

2019-04-17 16:58:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir olunub. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

QSC-nin yaydığı məlumata görə, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra “STB-1” heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, “STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

“STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266