NƏQLİYYAT

"Formula-1"ə bu əşyaları gətirmək qadağan edildi – SİYAHI
18 APREL
960

"Formula-1"ə bu əşyaları gətirmək qadağan edildi – SİYAHI

2019-04-18 18:12:00
Aprelin 26-dan 28-dək Bakı növbəti dəfə "Formula-1 Azərbaycan Qran Pri” yarışına ev sahibliyi edəcək. Adətən belə tədbirlərdə təhlükəsizliyin təmini məqsədi ilə müəyyən əşyaların tamaşaçılar tərəfindən yarışların keçirildiyi əraziyə gətirilməsi qadağan olunur.
 
Fins.az xəbər verir ki, ONA yarışlara hansı əşyaların gətirilməsinə qadağa qoyulduğunu müəyyənləşdirməkdən ötrü Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
 
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev ONA-nın sorğusuna cavabında bildirib ki, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə yarışların  keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263