NƏQLİYYAT

Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib
12 APREL
146

Quba-Xınalıq avtomobil yolunda hərəkət bərpa edilib

2019-04-12 09:21:00

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

Ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur.

Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263