NƏQLİYYAT

Formula 1 yarışının hazırlıq mərhələsi yekunlaşmaq üzrədir
09 APREL
168

Formula 1 yarışının hazırlıq mərhələsi yekunlaşmaq üzrədir

2019-04-09 15:29:00

2019-cu il Formula 1 yarışlarına hazırlıq sürətlə davam edir.

Bunu açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer bildirib.

O qeyd edib ki, hazırlıq işləri yüksək səviyyədə davam etdirilir: "Demək olar ki, tribunaların hamısı hazırdır. Bir tribuna qalıb ki, o da Azneft tribunasıdır. Həmin tribunanın tikintisinə aprelin 15-də başlanılacaq. Komandalar üçün nəzərdə tutulmuş binalar hazırdır. Yerli komanda 24 saat işləməyə hazırdır. Onların sayəsində işlər çox yaxşı gedir. Nəzarət edə bilməyəcəyimiz məsələ yalnız Bakıda olan hava şəraitidir, onun da yaxşı olacağına ümid edirik".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263