NƏQLİYYAT

Yanğınla əlaqədar Qara Qarayev prospektində nəqliyyatın hərəkəti ilə bağlı SON VƏZİYYƏT
26 MART
161

Yanğınla əlaqədar Qara Qarayev prospektində nəqliyyatın hərəkəti ilə bağlı SON VƏZİYYƏT

2019-03-26 18:33:00
Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir. 
Bakı Nəqliyyat Agentliyi tərəfindən Fins.az-a bildirilib ki,  görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.  
Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir. 
Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266