NƏQLİYYAT

Azərbaycan Avropa ölkələrinə ixracı 2 dəfəyə yaxın artırıb
18 MART
181

Azərbaycan Avropa ölkələrinə ixracı 2 dəfəyə yaxın artırıb

2019-03-18 12:42:00

Azərbaycan Rusiyaya ötən illə müqayisədə daha çox məhsul ixrac edib. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyaya 83,735 mln. ABŞ dollarlıq, 2019-cu ilin yanvar-fevral aylarında isə 88,735 mln. dollarlıq mal ixrac edib. Bu da 5 milyon dollarlıq artım deməkdir.

Fins.az ONA-ya istinadən xəbər verir ki,  Azərbaycanın Avropa ölkələrinə ixracı iki dəfəyə yaxın artıb. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında 1,134 mlrd dollarlıq mal ixrac olunduğu halda, bu ilin analoji dövrü ərzində bu rəqəm 2 dəfə yaxın artaraq 2,201 mlrd. dollar təşkil edib.

Avropa ölkələri arasında ən çox məhsullar İtaliya, İspaniya və Almaniyaya göndərilib. Ümumilikdə, hesabat dövründə 28 Avropa İttifaqı ölkəsinə Azərbaycan məhsulu ixrac olunub. Ən az məhsul İrlandiyaya göndərilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027