NƏQLİYYAT

İstanbulda Avropa ilə Asiyanı birləşdirən yeni dəmir yolu xətti istifadəyə verilib
13 MART
68

İstanbulda Avropa ilə Asiyanı birləşdirən yeni dəmir yolu xətti istifadəyə verilib

2019-03-13 09:35:00

İstanbulda Avropa ilə Asiyanı ən rahat yolla birləşdirən Gebze-Halkalı şəhərətrafı dəmir yolu xəttinin açılışı olub.

Fins.az xəbər verir ki, 2012-ci ildən inşasına başlanılan bu dəmir yolu xətti hazırda istifadədə olan “Marmaray” xəttinə birləşdiriləcək. İstanbulda fəaliyyət göstərən, uzunluğu 63 kilometr olan bu xəttin şəhərdəki tıxac probleminin aradan qaldırılmasında mühüm rol oynayacağı planlaşdırılır. Tikintisi üçün indiyədək 1,4 milyard avro xərclənən yeni dəmir yolu xətti ilə saatda bir istiqamətə 75 min, gün ərzində isə 1 milyon 700 min sərnişin daşınacaq. Xəttə buraxılacaq 440 vaqondan 300-ü Türkiyədə istehsal olunub. Bu yol vasitəsilə İstanbulun iki qitəsinin ən yaxın bölgələri olan Üsküdar-Sirkeci arasındakı məsafəni 4, ən uzaq - Gebze-Halkalı məsafəsini isə 115 dəqiqəyə qət etmək mümkün olacaq.

Ötən gün rəsmi açılışı olan xətt martın 13-də səhər saat 6-dan etibarən sərnişinlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264