NƏQLİYYAT

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
13 MART
672

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR

2019-03-13 20:36:00

Metronun yeni – Bənövşəyi xəttinin hazırda inşa edilən və şərti adı “B-03” olan stansiyasının tikintisi davam edir.
Fins.az xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, bu xəttin "Memar Əcəmi" stansiyası kimi çoxsəviyyəlidir. Lakin mərtəbə də adlandıra biləcəyimiz səviyyələrin sayı "Memar Əcəmi"dəki kimi 5 deyil, 3-dür.
“Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə keçidini 17 eskalator təmin edəcək və sağlamlığı məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq”, - deyə qurum rəsmis bildirib.
Bəxtiyar Məmmədov deyir ki, xəttin stansiyalarının əsas üstünlüklərindən biri yeddi vaqon üçün nəzərdə tutulmasıdır:


“Bu mənada “B-03” də istisna ola bilməz. Ümumən hazırda tikintinin gedişinə uyğun olaraq, bəzi sahələrdə divar-döşəmə örtüyün vurulmasına işləri də aparılır.
Əhəmiyyətli yeniliklərdən biri "B-03"ün keçid stansiyası olmasıdır. “Memar Əcəmi” Bənövşəyi xətdən Yaşıl xəttə keçid funksiyasını daşıyırsa, "B-03" Mavi xəttə keçid stansiyası olacaq.
Onun bu cəhəti indidən – tikinti dövründə nəzərə alınır. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək mavi xəttin şərti adı "M-03" olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək”.

Qeyd edək ki, xəttin "Memar Əcəmi" stansiyası ilə "B-03" stansiyaları arasında dəmir yolunun çəkilməsi başa çatmaq üzrədir. B.Məmmədov deyir ki, stansiya arzasında inşa olunan dönmə kamerasında isə yoldəyişidirici elementlər quraşdırılır:
“İki mənzildə yol infrastrukturu işlərinin son mərhələsi kimi, stansiyanın hər iki yolunun üstquruluş elementlərinin quraşdırılması işləri davam edir.


Qeyd edək ki, Bakı metropoliteni tarixində ilk dəfə məhz "Memar Əcəmi-B-03" mənzilində dəmir yolu dəmir-beton bloklar üzərində çəkilir. Bu bloklar ağac şpallardan uzunömürlüyü, istismar şərtlərinin sadəliyi, asan qulluğu ilə seçilir.
Ən əsası, dəmir-beton bloklar "Bakı Metropoliteni" QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində qurulmuş yeni sexdə hazırlanır. Bu məqsədlə Almaniyanın "Vollert" şirkəti ilə əməkdaşlıq şəraitində sex ən müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla qurulub.
Bu isə çəkilən xərci əsaslı şəkildə azaldır. Həm də yerli kadr potensialını gücləndirməyə imkan verir. Yeri gəlmişkən, keçmiş SSRİ metropolitenləri arasında müasir “Vollert-Rheda” sisteminin quraşdırılmasına da məhz bu mənzildə başlanılıb.
Ən səmərəli variant kimi qəbul edilmiş "Vossloh-300 UTS" tipli rels bəndləri və yeni tipli yoldəyişdiricilər artıq quraşdırılır.
Metronun yol inşaatçıları bu işləri "Nərimanov" elektrik deposunda salınan sınaq yolunda mənimsəyiblər. Daha sonra isə "Xətai" stansiyasının dalanında tunel şəraitində öyrənilən bu proses yeni xətdə uğurla tətbiq edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262