NƏQLİYYAT

Magistral yolların, körpülərin, tunellərin ekoloji ekspertizası keçiriləcək
11 MART
110

Magistral yolların, körpülərin, tunellərin ekoloji ekspertizası keçiriləcək

2019-03-11 15:14:00

Avtomobil yollarının layihələndirilməsində təhlükəsizliyə dair yeni tələblər müəyyənləşir.

Fins.az-ın məlumatına görə, bununla bağlı “Avtomobil yolları haqqında” qanunun 40-1-ci maddəsinə dəyişiklik təklif olunur.

Təklifə əsasən, tikinti layihəsinin sənədləri hazırlanarkən yolun və yol hərəkətinin insanlara, ətraf mühitə, tarixi-mədəni abidələrə, yolkənarı xidmət və infrastruktur obyektlərinə, habelə mənzərəyə birbaşa və dolayı təsiri qiymətləndirilməlidir. Magistral avtomobil yollarının, körpülərin, tunellərin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə  təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264