NƏQLİYYAT

Azərbaycan ötən ay Türkiyənin Ərzurum vilayətindən 570 min dollarlıq mal idxal edib
07 MART
181

Azərbaycan ötən ay Türkiyənin Ərzurum vilayətindən 570 min dollarlıq mal idxal edib

2019-03-07 15:03:00

 Bu ilin fevral ayında Türkiyənin Ərzurum şəhərindən xarici ölkələrə həyata keçirilən ixracın dəyərinə görə Azərbaycan lider olub.

Məlumata görə, ay ərzində 15 ölkə buradan mal idxal edib ki, bunun da 20,7%-i və yaxud 569,9 min ABŞ dolları dəyərində olan hissəsi Azərbaycanın payına düşüb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% çoxdur. 

Yanvar-fevral aylarında isə Ərzurumdan 18 ölkəyə ixrac həyata keçirilib. Azərbaycan bu baxımdan 2-ci yeri tutub. 

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264