NƏQLİYYAT

"Uber"in rəqibi 10 milyard dollar cəlb edə bilər
05 MART
238

"Uber"in rəqibi 10 milyard dollar cəlb edə bilər

2019-03-05 17:31:00

ABŞ-ın onlayn taksi xidməti "Lyft" texnologiya birjası kimi tanınan "Nasdaq"a investisiya cəlbi üçün müraciət etdiyini bildirib.

Fins.az xəbər verir ki, "Uber"in ABŞ-dakı önəmli rəqiblərindən olan şirkət qiymətli kağızlar buraxacaq. Çəhrayı avtomobillərlə xidmət göstərən "Lyft" bununla da bazar dəyərini 15 milyard dollardan 25 milyard dollara qədər artırmağı hədəfləyir.

Qeyd edək ki, şirkətin cari investorları arasında "General Motors", "Fidelity Investments", "Andreessen Horowitz", "Alphabet" və Yaponiya mərkəzli "Rakuten" şirkətləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265