NƏQLİYYAT

Bakıdan Krıma avtobus marşrutu açılıb – QİYMƏTLƏR
05 MART
414

Bakıdan Krıma avtobus marşrutu açılıb – QİYMƏTLƏR

2019-03-05 21:13:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Ukraynanın Yalta və Rusiyanın Samara şəhərlərinə avtobus reyslərinə yenidən start verilir. 

Bu barədə BBAK-dan bildirilib. 

Məlumata görə, Bakı-Yalta reysi hər həftənin bazar ertəsi günü saat 11:00-da, Yalta-Bakı reysi isə hər həftənin şənbə günü yerli vaxtla saat 15:00-da baş tutacaq. Avtobus Kerç, Feodosiya və Simferopol şəhərlərindən keçərək Yaltaya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 100 manat təşkil edir.

Bakı-Samara reysi isə hər həftənin cümə günü saat 11:00-da, Samara-Bakı reysi isə hər həftənin cümə axşamı günü yerli vaxtla saat 12:00-da reallaşdırılacaq. Avtobus Volqoqrad, Saratov və Balakov şəhərlərini keçməklə Samaraya gedəcək. Biletin qiyməti bir istiqamət üzrə 90 manatdır. 

Sərnişinlər biletləri əvvəlcədən BBAK-ın kassalarından, eləcə də avtovagzal.az və yaxud bbak.az saytlarından onlayn rejimdə əldə edə bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə (sənəd təqdim edilməklə) biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264