NƏQLİYYAT

Bu yaşayış massivinin yolları yenidən qurulur
12 FEVRAL
163

Bu yaşayış massivinin yolları yenidən qurulur

2019-02-12 16:03:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işlərinə başlanılıb.

Agentlikdən  verilən məlumata görə, Gürgən qəsəbəsində yolun uzunluğu 2 km, Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yolunun uzunluğu isə 1,5 km təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2,5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.

Sözügedən yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün yolların örtüyü deformasiyaya uğrayıb, çalalar əmələ gəlib. Bu isə payız-qış aylarında yollar boyu hərəkətdə prolemlərə səbəb olurdu. Hazırda layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağınındeformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilərək yollar vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, Pirallahı rayonu, Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259