NƏQLİYYAT

Avtomobil yollarının layihələndirilməsi ilə bağlı elektron portal yaradılacaq
12 FEVRAL
92

Avtomobil yollarının layihələndirilməsi ilə bağlı elektron portal yaradılacaq

2019-02-12 15:35:00

Avtomobil yollarının layihələndirilməsi ilə bağlı elektron portal yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.

Belə ki, 2020-ci ilin sonunadək “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə” elektron portalının yaradılması nəzərdə tutulur. Portalın yaradılması Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” və “Azərsu” ASC-lərə, “Azəriqaz” İB və Bakı Nəqliyyat Agentliyinə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259