NƏQLİYYAT

Tanınmış taksi şirkəti azərbaycanlı istifadəçilərə 30% güzəşt edir
11 FEVRAL
425

Tanınmış taksi şirkəti azərbaycanlı istifadəçilərə 30% güzəşt edir

2019-02-11 15:39:00
Fins.az-ın məlumatında “Uber Azerbaijan” tətbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. “Uber Azerbaijan” tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir.Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz – bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq. «”Uber Azerbaijan” mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tətbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır», - deyə “Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib. Xüsusi olaraq yeni tətbiqinin yaradılması səbəbi ilə “Uber Azerbaijan” vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri 1 AZN-dən çox olmamaq şərti ilə 30%-dək təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, endirim avtomatik olaraq tətbiq olunacaq. Təklif 11-25 fevral 2019-cu il tarixləri arasında keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək – səfərin tam dəyərinə əsasən, xidmət şirkət tərəfindən kompensasiya edilir. Bir müddət sonra əvvəlki “Uber” proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq və ondan yalnız xaricdə istifadə etmək olacaq. “Uber Azerbaijan” tətbiqinə keçid asan və şəffaf olacaq. Qeydiyyatdan keçərkən müştəri sadəcə “Uber” hesabına bağlı olan nömrəsini qeyd etməlidir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tətbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni “Uber Azerbaijan” tətbiqində avtomatik olaraq göstəriləcək.
  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır