NƏQLİYYAT

Bakının bu rayonunda yollar yenidən qurulacaq
09 FEVRAL
244

Bakının bu rayonunda yollar yenidən qurulacaq

2019-02-09 18:13:00

Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,6 milyon manat ayrılıb.Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyev fevralın 9-da “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259