NƏQLİYYAT

Bu avtobuslar gömrük rüsumundan azad olunur
06 FEVRAL
361

Bu avtobuslar gömrük rüsumundan azad olunur

2019-02-06 19:00:00

Fins.az-ın məlumatına görə, sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün idxal gömrük rüsumları müəyyənləşib.Məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulan avtobuslar idxal gömrük rüsumundan azad edilib. Sıxılmış qazla hərəkətə gətirilən xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər də idxal gömrük rüsumundan azad olunub. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq. Qeyd olunur ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərar gələn aydan qüvvəyə minəcək.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır