NƏQLİYYAT

Dizel yanacağı ilə işləyən qatarlardan imtina ediləcək
04 FEVRAL
140

Dizel yanacağı ilə işləyən qatarlardan imtina ediləcək

2019-02-04 15:27:00

Böyük Britaniyanın dəmir yollarında 2040-cı ilədək dizel yanacağı ilə işləyən qatarlardan tamamilə imtina ediləcək.

Fins.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında bildirilib. Hökumətin bu addımının səbəbi karbon qazının emissiyasının həcminin azaldılmasıdır. Dizel yanacağı ilə işləyən qatarlardan imtina edilməsi proqramı çərçivəsində hökumətin ekoloji cəhətdən daha əlverişli dəmir yolu nəqliyyatının tətbiqi layihələrini maliyyələşdirməsi planlaşdırır. İlkin mərhələdə həyata keçiriləcək beş layihənin maliyyələşdirilməsinə 1,75 milyon funt sterlinq (2,3 milyon dollar) vəsait ayrılacaq.

Böyük Britaniyanın dəmir yolları Avropada ən qədim infrastrukturdur. Hazırda bu ölkədə 15,8 min kilometr uzunluğunda dəmir yolu xətti fəaliyyət göstərir ki, bunun 8 minindən çoxu elektrikləşdirilib. Elektrikli yollarda isə dizel yanacağı ilə işləyən qatarlardan istifadə olunur. Hökumətin karbonsuz nəqliyyat üzrə işçi qrupunun məlumatına görə, 2016-2017-ci illərdə Böyük Britaniyadakı sərnişin qatarları 3,5 kv/saat elektrik enerjisi və 501 milyon litr dizel yanacağı işlədiblər ki, bu da 2,9 meqaton karbon dioksid qazına bərabərdir. Yük qatarları üçün analoji göstəricilər müvafiq olaraq 58 milyon kv/saat və 204 milyon litrdir ki, bu da 629 kiloton karbon dioksid qazına bərabərdir.

Dizel yanacağı ilə işləyən qatarlardan imtina edilməsi proqramı çərçivəsində hökumət beş layihənin hər birinə 350 min funt sterlinq sərmayə qoyub. Onlardan birincisi hidrogen yanacağı elementlərinin, ikincisi yuxarıdan asılan elektrik xətlərindən və ya quraşdırılmış akkumulyatorlardan enerji ala bilən iki rejimli lokomotivlərin, üçüncüsü isə tam akkumulyatorla işləyən qatarların tətbiqinin nəzərdə tutur. Bundan başqa, layihələrdə buxar turbinləri ilə işləyən qatarların da istifadəsi planlaşdırılır. Buradakı buxar hidrogenin yanması nəticəsində əldə olunacaq. Həmçinin mövcud lokomotivlərin bioloji yanacağa keçirilməsi də layihələrə daxil edilib.

Maliyyə vəsaiti ayrılacaq bütün layihələr tədqiqat işləri mərhələsindədir. Daha sonra hökumət onları əlavə olaraq dəyərləndirəcək və bir neçəsinin maliyyələşdirilməsini davam etdirəcək. Eyni zamanda, 2020-ci ilin əvvəlində Şimal-Qərbi İngiltərədəki Leyks xəttində dizel generatorları ilə işləyən akkumulyatorlardan enerji alan çəkici elektrik motorlarının istifadə olunduğu hibrid qatarlar istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255