NƏQLİYYAT

Bu dəmir yol xətti ilə sərnişin daşınması üçün yeni yataq tipli vaqonlar alınır
14 YANVAR
638

Bu dəmir yol xətti ilə sərnişin daşınması üçün yeni yataq tipli vaqonlar alınır

2019-01-14 15:59:00
 Fins.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova billdirib ki, “Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır. Bu İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonların Azərbaycana gətirilməsi nəzərdə tutulur. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir. İlk partiyada 10 ədəd vaqon gətiriləcək. Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilib.

 

Müəllif:Aynur Qəniyeva 
 
 
 
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267