NƏQLİYYAT

Sulutəpə küçələrindən birində yolun təmirinə start verilib VİDEO / FOTO
14 YANVAR
211

Sulutəpə küçələrindən birində yolun təmirinə start verilib VİDEO / FOTO

2019-01-14 15:33:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Dövlət Agentliyi küçə və prospektlərin yenidən qurulması işlərini aparır.

Bu çərçivədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb. Başlanğıcını Xocahəsən-Lökbatan avomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 m-lik hissəsinin eni 4-7 metr arası, 2 km-lik hissəsində isə 7-8 metr arası dəyişir.

Ruslan Alahverdiyev küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu bəzi hissələrdə  kanalizasiya sisteminin, piyadalar üçün səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

Bu işlərin ardınca küçənin zəruri olan hissəsində yeni piyada səkilərinin salınması, mövcudlarının isə bərpası nəzərdə tutulub.

Daha sonra təmir-tikinti işləri çərçivəsində küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257