NƏQLİYYAT

2019-cu ildə Bakıda 600 yeni abtobus istifadəyə veriləcək
13 YANVAR
337

2019-cu ildə Bakıda 600 yeni abtobus istifadəyə veriləcək

2019-01-13 11:20:00

2019-cu ildə paytaxtın şəhər nəqliyyat avtoparkı 600 yeni avtobus ilə artacaq. Fins.az-ın məlumatına görə bu sözləri ,prezident İlham Əliyev deyib. “Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək”, - İ.Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezidentin sözlərinə görə, bununla həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də bunun təhlükəsizlik baxımından böyük faydası var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264