NƏQLİYYAT

Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarının tikintisi ilə bağlı açıqlama
12 YANVAR
400

Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarının tikintisi ilə bağlı açıqlama

2019-01-12 20:54:00

Fins.az-ın məlumatına görə, prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomobil yollarının yenidən qurulması işləri 2019-cu ildə də yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası çərçivəsində Qaradağ rayonunda 22.9 km uzunluğa malik 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır. Bu, uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş və 9.1 km-lik uzunluğunda olan Lökbatan-Güzdək qəsəbələrarası avtomobil yollarıdır.Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarının əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəlişində çətinliklərə səbəb olurdu. Bu üzdən Dövlət Agentliyi tərəfindən sözügedən yolların ötən il əsaslı şəkildə təmirinə start verilmişdir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir. Yollar boyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolların hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Daha sonra lazımi qalınqlarda optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitəndən sonra hər iki yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu işlər də yaxın günlərdə tam olaraq bitəcək. Yollar boyu asfaltlanan ərazinin sahəsi 160 min kv.m-dən çoxdur. Bundan başqa layihəyə uyğun olaraq Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarında ümumilikdə 5 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb, mövcud 5 metr uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunub. Layihənin zəruri ərazilərində yeni piyda səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269