NƏQLİYYAT

Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb
12 YANVAR
101

Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb

2019-01-12 11:11:00

 "Keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq". Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə bu sözləri, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Prezident bu sahədə yenidənqurma işlərinin bu il də davam etdiriləcəyini bildirib: "Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmir yolu var, ancaq sürət aşağıdır. Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıbdır. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz “Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaq". Dövlət başçısı ötən il Bakı və Sumqayıt dəmir yolu vağzallarının yenidən qurulduğunu xatırladıb: "Bakı-Sumqayıt sürət qatarı işləyir və sərnişinlər bu qatardan çox razıdırlar. Müasir vaqonlar alınır. Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254