NƏQLİYYAT

Niyə taksi şirkətləri eyni məsafəyə fərqli qiymət təyin edir?
10 YANVAR
289

Niyə taksi şirkətləri eyni məsafəyə fərqli qiymət təyin edir?

2019-01-10 15:03:00

Hər bir taksi istifadəçisi  taksi şirkətlərinin eyni məsafə üçün müxtəlif məbləğdə gedişhaqqı təyin etməsi faktı ilə qarşılaşıb.Fins.az bu halla bağlı çoxlarında belə sual yaranır necə olur ki, hər hansı taksi şirkətinin təklif etdiyi gediş qiyməti digər taksi şirkətininm təyin etdiyi məbləğdən az olur. Məsələ ilə bağlı  fikirlərini bölüşən avto-ekspert Ərşad Hüseynov deyib  ki, “Ümumiyyətlə taksi qiymətləri  tənzimlənməyən qiymətlər hesab olunur. Dövlət buna müdaxilə edə bilmir .Taksilərdə qiymətlərin təyin olunmasında yürüş məsafəsi,sərf olunanan yanacaq,vaxt,sürücünün əmək haqqısı,xərclər və bu kimi əsas amillər mühüm əhəmiyyətə malikdir.Bazarda formalaşmış qiymətlər var bu sahədə hazırda ölkəmizdə rəqabət mühiti kifayət qədər yaxşıdır.İnhisarçılıq və bu kimi mənfi amillər yoxdur.Pik saatlarda qiymətlərin artırılması təbii ki,doğru deyil. İnsaflı və biznes etikasına riayət edilərək biznesi inkişaf etdirmək prinsipi varsa pik saatlarda taksi şirkətlərinin gedişhaqqını artırması doğru deyil.Əgər xidmət zamanı ciddi vaxt itkisi olarsa o zaman qiymətlərin artırılması ədalətli hesab oluna bilər.Taksometr tətbiq olunsa vaxtı da qeydə aldığı üçün  taksinin tıxacda qaldığı müddətdə də pul hesablayar.Sadəcə pik  saatlardır, müştərilər çoxdur deyə qiymət artırmaq heç bir iqtisadi qanuna sığmayan addımdır.Əgər bizdə də xaricdə olduğu kimi taksometr olsa taksometr özü vaxt və məsafə uzunluğunu nəzərə alaraq qiyməti təyin edir.Bizim ölkə də də taksilərdə taksometr tətbiq olunsa daha aydın, şəffaf və obyektiv, dəqiq qiymətlər olardı.” Paytaxtda fəaliyyət göstərən və  çoxsaylı istifadəçisi olan taksi şirkərlərinin nümayəndələri gediş haqqının təyin etmə prinsipi barədə açıqlama veriblər.Belə ki, “189 taksi şirkətinin marketiq meneceri Çərkəz Sadıqlı təmsilçisi olduğu şirkətin gedişhaqqını təyin etmə prinsipləri ilə bağlı bildirib ki, “taksi bazarını nəzərə alaraq ümumi qiymətlər təyin olunur. Azərbaycanda ilk taksi xidmətiyik 2009-cu ildən bazardayıq. Taksi xidməti sahəsində 189 taksi xidməti ən təcrübəli şirkət olduğu üçün hazırda ən keyfiyyətli xidməti bizim şirkət göstərir.Bizim qiymət strategiyamız keyfiyyətlə bağlıdır,biz təyin etdiyimiz qiymət çərçivəsində maksimum keyfiyyətli xidmət göstərməyə çalşırıq.Amma bu o demək deyil ki, biz gələcəkdə ucuz qiymət təklif etsək bizim xidmətimizdə keyfiyyət aşağı düşəcək.Həmin halda da ,təbii ki, xidməti eyni keyfiyyəti saxlayacağıq” Nümayəndəsi olduğu 9111-Güvən taksi şirkətinin marketinq meneceri Kristina Yaşina bildirib ki,  Bizim şirkətdə qiymətlərin təyin olunmasında əsas prinsip qət olunan məsafə və həmin məsafəyə sərf olunan yanacağın qiymətinin nəzərə alınmasıdır.Bizim taksi şirkətində qiymətlər pik saatlarda dəyişmir. Yalnız sərnişinin xüsusi tələbi olsa ki, taksidə isitmə sistemi  yaxud kondisioneri olsun həmin halda yanacaq sərfi çoxaldığı üçün qiymətə əlavə ola bilər.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263