NƏQLİYYAT

Bakı Nəqliyyat Agentliyindən sürücülərə şad xəbər
05 YANVAR
674

Bakı Nəqliyyat Agentliyindən sürücülərə şad xəbər

2019-01-05 15:59:00
Fins.az-ın məlumatına görə, Bakı Nəqliyyat agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildib ki, "Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə yol hərəkətinin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirməyi planlaşdırır".Onun sözlərinə görə, sərnişindaşımada avtobus parkının yenilənməsi, Nəqliyyat Mübadilə Mərkəzlərinin müasir formada təşkili, xətlərin optimallaşdırılması, yol hərəkətinin təşkilində-parklanma yerlərinin idarə olunmasi, dayanma və durma qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirlərinin daha səmərəli təşkili, müxtəlif küçə və prospektlərdə nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinə maneə yaradan halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. O əlavə edib ki, mütəxəssislərin hazırladığı təklifə əsasən, 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil edilməsi nəzərdə tutulur: “Xüsusi hərəkət zolaqlarının Gəncə, Nobel prospektlərində, Mikayıl Usiyev küçəsində salınması planlaşdırılır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256