NƏQLİYYAT

Bayram günlərində dəmir yolu ilə daşınan SƏRNİŞİNLƏRİN SAYI AÇIQLANDI
04 YANVAR
185

Bayram günlərində dəmir yolu ilə daşınan SƏRNİŞİNLƏRİN SAYI AÇIQLANDI

2019-01-04 10:09:00

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin,istirahət günlərində  gücləndirilmiş iş rejimində çalışıb.

Fins.az qruma istinadən Bayram günlərində,dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib. Belə ki, yerli  istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37  nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82  vaqon qoşulub.

Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20171 nəfər sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə günaşırı, Bakıdan 30.12.2018-ci il tarixdən etibarən ayın cüt günlərində, Gəncədən isə 31.12.2018-ci il tarixdən etibarən  ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264