NƏQLİYYAT

Bayram günlərində 111 mindən çox sərnişin daşınıb
03 YANVAR
118

Bayram günlərində 111 mindən çox sərnişin daşınıb

2019-01-03 15:26:00
Bu günə qədər bayram günləri və bayram ərəfəsi daxil olmaqla ümumilikdə respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsindən (Bakı Beynəlxalq Avtovağzal daxil olmaqla) 111066 sərnişin daşınıb.
Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, təkcə yanvar ayının 2-də BBAK-dən 11066 nəfər, regionlardan paytaxta isə ümumilikdə 18000 nəfər daşınıb. 
“Yanvarın 2-də regionlardan paytaxt istiqamətində sıxlıq müşahidə olunub. Ancaq avtonəqliyyat vasitələrinin gücləndirilmiş rejimlə əlaqədər say etibarilə artırılması sıxlığın sərnişinlərin gediş-gəlişinə problem yaratmayıb”. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256