NƏQLİYYAT

Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək
28 DEKABR 2018
269

Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək

2018-12-28 10:37:00

2019-2023-cü illərdə Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulub.

Fins.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında qeyd olunub.

Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264