NƏQLİYYAT

Azərbaycanda qəza vəziyyətli yolları internet vasitəsi ilə bilmək olacaq
28 DEKABR 2018
473

Azərbaycanda qəza vəziyyətli yolları internet vasitəsi ilə bilmək olacaq

2018-12-28 10:33:00

Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı vahid elektron analitik məlumat bazası yaradılacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Proqrama əsasən, 2019-2021-ci illərdə “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq.

Bundan başqa, 2019-2020-ci illərdə Azərbaycanda Qlobal Mövqetəyinetmə Sistemi (GPS) ilə uzlaşdırılmış avtomobil yolları şəbəkəsinin interaktiv elektron xəritəsi yaradılacaq, Nəqliyyatı İntellektual İdarəetmə Sistemi “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazasına uyğunlaşdırılacaq, mövcud işıqforların, yol nişanlarının, nişanlama xətlərinin, yol hərəkətinin təşkili ilə əlaqədar digər texniki vasitələrin və dəmir yolu keçidlərinin yerləşdirilməsi xəritəsi, qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsi yaradılacaq, həmçinin Azərbaycanda qeydiyyata alınmış və ya ölkəyə idxal edilmiş, eləcə də müvəqqəti daxil olan nəqliyyat vasitələri, habelə onların mülkiyyətçiləri və istifadəçiləri haqqında, Azərbaycanda və ya xaricdə (Azərbaycan Respublikasında istifadə edildikdə) sürücülük vəsiqəsi verilmiş şəxslər haqqında statistik məlumat bazası yaradılacaq.

Dövlət Proqramında “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması, Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılmış yolların əvəzinə təklif edilən alternativ avtomobil yolları haqqında elektron məlumat bazasının yaradılması, “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı təşkilatlararası əlaqələndirmə” elektron portalının yaradılması və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı digər zəruri məlumatların vahid analitik məlumat bazasına daxil edilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027