NƏQLİYYAT

Lapis-Lazuli dəhlizi ilə daşınan ilk yüklər Gürcüstana daxil olub
28 DEKABR 2018
115

Lapis-Lazuli dəhlizi ilə daşınan ilk yüklər Gürcüstana daxil olub

2018-12-28 09:59:00

Lapis-Lazuli beynəlxalq nəqliyyat marşrutu ilə ilk pilot daşınma çərçivəsində 9 tır Gürcüstan ərazisinə daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili bildirib.

O deyib ki, ilk pilot dəhliz üzrə kənd təsərrüfatı məhsulları və pambıq ipliklərindən ibarət yüklər Əfqanıstandan Türkiyəyə ixrac olunacaq: “Lapis-Lazuli dəhlizi Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın ən yaxşı nümunəsidir. Yüklərin bu dəhlizlə maneəsiz daşınması çox vacibdir. Test rejimində yüklərin uğurlu daşınmasından dəhlizin gələcək inkişafı asılıdır. Bu dəhliz vasitəsilə yüklərin mütəmadi olaraq daşınması bizim maraqlarımıza cavab verir”.

A.Saqiraşvili qeyd edib ki, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit potensialının inkişafına və əlavə yüklərin cəlb olunmasına töhfə verəcək.

Qeyd edək ki, Lapis Lazuli marşrutu barədə saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəarasında ötən ilin noyabrında Aşqabadda imzalanıb.

Daha əvvəl məlum olub ki, Azərbaycanın iştirakçısı olduğu bu beynəlxalq nəqliyyat marşrutuna daha bir ölkə qoşula bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254