NƏQLİYYAT

Sürücülərin nəzərinə- heç bir xəbərdarlıq edilmədən maşınlara inzibati cəza veriləcək
27 DEKABR 2018
495

Sürücülərin nəzərinə- heç bir xəbərdarlıq edilmədən maşınlara inzibati cəza veriləcək

2018-12-27 16:19:00

Fins.az-ın məlumatına görə, xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə Bakı Nəqliyyat Agentliyi əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib. İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradılıb. Həmçinin dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi, mərkəzi informasiya sisteminə inteqrasiya təmin edilib.Bu barədə.Məlumata görə, sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin yəni kameralar quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir: “Artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da, öz növbəsində, mübahisə yaranacağı təqdirdə, qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir. Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.

Bunu nəzərə alaraq, bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264