NƏQLİYYAT

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"
27 DEKABR 2018
115

Səfir: "Belarus Azərbaycanla müntəzəm dəmir yolu əlaqəsi qurmağı planlaşdırır"

2018-12-27 14:08:00

Fins.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında bildirib ki,"Belarus "Şimal-Cənub" layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə maraq göstərir"."Belarus Minsk-Bakı dəmir yolu marşrutunun yardılmasında maraqlıdır. Azərbaycan "Şimal-Cənub", "Böyük İpək Yolu" kimi infrastruktur layihələrdə iştirakına görə Belarusu cəlb edir", - diplomat deyib.Onun sözlərinə görə, bu il Azərbaycan və Belarus arasında yük daşımaları 400 min ton təşkil edəcək.Səfir xatırladıb ki, Altayda güclü logistik mərkəz var və Belarus mallarını Bakı-Tbilisi-Qars marşrutu ilə Gürcüstana, Türkiyəyə tədarük etmək məqsədilə onun imkanlarından yararlana bilər.G.Axramoviç Bakı ilə Minsk arasında müntəzəm dəmir yolu əlaqəsinin qurulmasının zəruri olduğunu qeyd edib: "Məsələn, həftədə iki dəfə 50-60 vaqonlu sürətli marşrutla".Onun sözlərinə görə, Azərbaycan kimi, Belarus bir sıra nəqliyyat layihələrində iştirak etdiyindən Azərbaycan üçün maraqlı ola bilər: "Bu cür planların həyata keçirilməsi Azərbaycanda xidmət sektorunun inkişafına yardım edəcək. Azərbaycan və Belarusun böyük logistik mərkəzlərin yaradılmasında böyük potensialı var".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257