NƏQLİYYAT

“Red Bull” “Formula 1”i tərk edə bilər
26 DEKABR 2018
204

“Red Bull” “Formula 1”i tərk edə bilər

2018-12-26 14:27:00

Avstriyanın “Red Bull” komandası “Formula 1”i tərk edə bilər.

Fins.az xəbər verir ki, bu barədə komandanın məsləhətçisi Helmut Marko “Motorsport-Total”a bildirib. Onun sözlərinə görə, buna səbəb “Formula 1”in gələcəyinin qeyri-müəyyən olmasıdır.

H.Marko mühərriklərə reklament tətbiq olunmayana qədər “Red Bull” və “Honda”nın 2020-ci ilə qədər nəzərdə tutulan mövcud müqaviləni yenilməyəcəklərini deyib. O, komandanın çıxışını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirməsinin mümkünlüyünü vurğulayıb.

Qeyd edək ki, “Red Bull” 2005-ci ildən “Formula 1”də çıxış edir. Komanda 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266