NƏQLİYYAT

Köhnə eskalatorların sökülməsi başa çatıb
25 DEKABR 2018
276

Köhnə eskalatorların sökülməsi başa çatıb

2018-12-25 14:09:00

Sentyabrın 27-də “Xətai" stansiyasınında 50 illik istismar müddətini başa vurmuş eskalatorların yeniləri ilə əvəz olunması prosesi əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun qaydada davam etdirilir. Artıq hər 3 avadanlığın tam sökülərək stansiyadan çıxarılması başa çatdırılıb. Lakin bu, köhnə eskalatorlarla bağlı işlərin tam həll olunması və yenilərinin dərhal quraşdırılmağa başlaması demək deyil. Eskalatorların nəhəng fundamentinin söküntüsü ağır və vaxt aparan işdir. Söküntü işlərinin növbəti mərhələsində planlaşdırılmış bu tədbirlər qarşıdakı bir ay ərzində başa vurulacaq və həmin sahəsinin yeni eskalatorların quraşdırma tələblərinə uyğunlaşdırılmasına başlanılacaq.

Fins.az quruma istinadən xəbər verir ki, burada sökülmüş "LT-2" tipli 3 esklatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılacaq. "Xətai" stansiyası dərin özüllü və ən əsası, bir giriş-çıxışlı olduğundan, 4 eskalatorun quraşdırılması sərnişinlərin təhlükəsizliyini gücləndirməyə və onların daha rahat hərəkətini təmin etməyə mkan verəcək. Onu da xatırladaq ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində 3 köhnə eskalator 4 ədəd yeni nəsil analoqu ilə əvəzlənmişdi.

Esklatorların yenilənməsi ilə əlaqədar, sərnişinlərin giriş-çıxışan bağlanmış stansiyada əsaslı təmir və yeknilənqurma işləri də davam etdirilir. Burada hazırda eskalatorun dartı kamerası 4 müasir eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılır. Burada və həmçinin demontaj kamerasında eyni zamanda, dayaqlar gücləndirilir, beton örtük bərpa edilir.

Eskalatorla bağlı ən əhəmiyyətli və təhlükəsizlik baxımından xüsusi diqqət tələb edən digər məsələ maili gedişin beton pillələrinin sökülməsi idi. 140 m uzunluğunda olan enişdə söküntü işləri yüksək təhlükəsizlik tədbirlərintn tətbiq edilməsi sayəsində uğurla başa çatdırılıb.

Stansiyanın yerüstü vestibülündə də işlər davam edir. Burada üzlük daşlarının sökülməsi başa çatdırılıb. Bünəvrənin gücləndirilməsinə, eləcə də binanın damında izolyasiya işlərinin başlanmasına üzrə hazırlıq tədbirləri başlanıb.

Qarşıdakı müddət ərzində vestibülün memarlıq baxımından əhəmiyyət kəsb dən şəbəkələrinin və Şah İsmayıl Xətaiyə həsr olunmuş ədəbi kompozisiyasının bərpa olunması da nəzərdə tutulub.

Bununla yanaşı, stansiyanın birinci baş yolunun əsaslı təmir olunması işləri də davam etdirilir. Hazırda tavanda suaxarların yönləndirilməsi məqsədilə xüsusi örtüyün vurulması və işıqlandırma konstruksiyasının karkasının qurulması işləri başa çatmaq üzrədir. Bununla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzilinin ikinci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da uğurla aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267