NƏQLİYYAT

Bakıya yeni 300 avtobus gətiriləcək
24 DEKABR 2018
248

Bakıya yeni 300 avtobus gətiriləcək

2018-12-24 18:06:00

Fins.az-ın məlumatına görə,Bakı Nəqliyyat Agentliyi paytaxt sakinlərinə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, sərnişindaşımada keyfiyyətin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının nəqliyyat sektoruna göstərdiyi qayğı sayəsində son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişin avtobusu alınıb. Həmin nəqliyyat vasitələri Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu işlərin davamı olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən daha 300 ədəd iritutumlu avtobus alınıb. Onlardan 280 ədədi 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. Hazırda həmin nəqliyyat vasitələrinin paytaxta gətirilməsi istiqamətində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257