NƏQLİYYAT

Dörd illik fasilədən sonra Bakı ilə Həştərxan arasında bir ilk
20 DEKABR 2018
217

Dörd illik fasilədən sonra Bakı ilə Həştərxan arasında bir ilk

2018-12-20 15:54:00

Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında 2019-cu ilin yazında birbaşa reys açılacaq. Fins.az xəbər verir ki, Report Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi münasibətləri üzrə naziri vəzifəsini icra edən Denis Afanasyev bildirib. O qeyd edib ki, Azərbaycan Hava Yolları (AZAL) dörd illik fasilədən sonra yenidən Həştərxana reys həyata keçirəcək: “Belə ki, reyslərin həftədə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə uçuşlar 1 saat 30 dəqiqə və 1 saat 15 dəqiqə çəkir. Hazırda texniki məsələlər ilə yanaşı, marketinq siyasəti ilə bağlı müzakirələr aparılır.

D.Afanasyev bildirib ki, “Turkish Airlines” Həştərxan hava limanını tərk edib: “Bu mənada Bakı hava limanı Şərqlə Qərb arasında kəsişmə nöqtəsi ola bilər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9271
  • ₽ RUB
    0.0263