NƏQLİYYAT

"Rusiya Dəmir Yolları"-ndan Azərbaycana JEST
20 DEKABR 2018
233

"Rusiya Dəmir Yolları"-ndan Azərbaycana JEST

2018-12-20 13:38:00

"Rusiya Dəmir Yolları" ASC Gürcüstan və Azərbaycan istiqamətində taxıl yüklərinin daşınmasına endirim tətbiq edilməsinə qərar verib.

Fins.az RDY-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2019-cu il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.

Qeyd edək ki, bundan əvvəl RDY qara metalların ixrac məqsədli daşınmasına endirimlər tətbiq etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264