NƏQLİYYAT

Bakı limanı Qazaxıstan mediasında
20 DEKABR 2018
191

Bakı limanı Qazaxıstan mediasında

2018-12-20 09:52:00

Bakı Limanının texnoloji imkanları çox genişdir, burada bütün növ yüklərin aşırılması mümkündür və əməliyyatlarının əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın ixtisaslaşmış biznes kanalı olan ABC TV-də nümayiş olunan “Yeni İpək Yolu: Avropa ilə Asiyanı birləşdirərkən” adlı sənədli filmdə deyilir. Bu böyükhəcmli film Çin hökumətinin təşəbbüsü ilə reallaşdırılan, Azərbaycanın da iştirak etdiyi “Bir Kəmər - Bir Yol” layihəsinin 5 illiyinə həsr olunub. Filmdə adı çəkilən layihəyə daxil olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Koridor) əhəmiyyətindən bəhs edilir.

Çinin Lyanyuqan, Kazaxıstanın Korqos, Kurık, Aktau, Gürcüstanın Batumi, Anaklia, Almaniyanın Duysburq limanlarına həsr olunan hissədə Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın imkanlarından danışılıb.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266