NƏQLİYYAT

Bakının bu küçə və prospektlərində sürət həddi endirildi
20 DEKABR 2018
163

Bakının bu küçə və prospektlərində sürət həddi endirildi

2018-12-20 09:31:00

Fins.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki,hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib."Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə agentlikdən bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266