NƏQLİYYAT

Dəniz limanlarında aparılan yükləmə-boşaltma işlərinin həcmi açıqlanıb
18 DEKABR 2018
127

Dəniz limanlarında aparılan yükləmə-boşaltma işlərinin həcmi açıqlanıb

2018-12-18 16:10:00

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-noyabr aylarında dəniz limanlarında 8 milyon 948,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.Dövlət Statistika Komitəsinin yayımladığı məlumatda əks olunur ki, yüklərin 8 milyon 447,4 min tonunu və ya 94,4 faizini tranzit yüklər təşkil edib. Dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 212,7 min ton olub. Hesabat dövrü ərzində dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq aylarına nisbətən 8,8 faiz azalaraq 14,5 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256