NƏQLİYYAT

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
18 DEKABR 2018
139

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

2018-12-18 14:26:00

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43 milyon 375 min ton, yük dövriyyəsi isə 9 milyard 490,1 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 27 milyon 326,7 min tonu və ya 63 faizi avtomobil nəqliyyatı, 10 milyon 361 min tonu və ya 23,9 faizi dəmir yolu nəqliyyatı, 5 milyon 687,7 min tonu və ya 13,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.Dəhliz vasitəsilə daşınmış yüklərin 17,9 faizini və ya 7 milyon 766 min tonunu tranzit yüklər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264