NƏQLİYYAT

Ucar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
07 DEKABR
76

Ucar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-12-07 14:19:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan  ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 285 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Ucar stansiyasında  11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255