NƏQLİYYAT

“Şirvan-3” kran gəmisinin əsaslı təmiri başa çatıb
05 DEKABR
61

“Şirvan-3” kran gəmisinin əsaslı təmiri başa çatıb

2018-12-05 15:51:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan-3” kran gəmisinin əsaslı təmiri yekunlaşıb. 

Fins.az "Report"-a istinadən məlumat verir ki, təmir prosesi Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik olan kranın burazları dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb.

“Şirvan-3” tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də aparılıb.

İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb. Test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

Məlumat üçün bildiririk ki, “Şirvan-3” kran gəmisinin uzunluğu 98,55 metr, eni 17 metrdir. Gəmi 2×2160 at gücünə malik olan baş mühərriklərlə təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256