NƏQLİYYAT

Surqut hava limanına Fərman Salmanovun adı veriləcək - Səsvermə bitdi
05 DEKABR
69

Surqut hava limanına Fərman Salmanovun adı veriləcək - Səsvermə bitdi

2018-12-05 10:16:00

Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı veriləcək.

Fins.az Avtosfer.az-a istinadən xəbər verir ki, "Velikieimena.rf"  saytında aparılan “Rusiyanın böyük adları” müsabiqəsinin nəticələri açıqlanıb. Surqut hava limanına adının verilməsi namizəd olan 3 nəfərdən ən çox Fərman Salamanov (58%) səs toplayıb. Yermak Timofeyeviç (31%) və Aleksandr Flipenko (10%) müsabiqəni uduzublar.

Qeyd edək ki, F.Salmanovun adı Nijnivartovsk və Surqut aeroportlarından birinə veriləcəkdi. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut hava limanı toplayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256