NƏQLİYYAT

“Şərq-Qərb” avtomagistralının tikintisi davam etdiriləcək
04 DEKABR
115

“Şərq-Qərb” avtomagistralının tikintisi davam etdiriləcək

2018-12-04 10:39:00

“Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək. Fins.az xəbər verir ki, yolun tikintisi ilə əlaqədar dekabrın 3-də Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti ilə Türkiyənin “Polatioli və mapa” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət E 60 magistralının Gürcüstan ərazisindən keçən və Qriqoletidən Kobuletiyə qədər olan 14 kilometrlik hissəsini tikəcək. Ümumi dəyəri 228 milyon lari olan (85 milyon dollardan çox) layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək. Tikinti işlərinin 24 aya başa çatdırılması nəzərdə tutulub. E 70 avtomagistralının bir hissəsi olan bu yol dörd zolaqlı olacaq. Yolda 22 keçid, 4 nəqliyyat qovşağı, qrunt sularının axıdılması üçün yeraltı kanallar tikiləcək. Bu yol region ölkələri arasında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcminin artmasında, turizmin inkişafında mühüm rol oynayacaq.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255