NƏQLİYYAT

“Xaliq Faiqoğlu” avtomobili sürücülərinə müraciət etdi
29 NOYABR
295

“Xaliq Faiqoğlu” avtomobili sürücülərinə müraciət etdi

2018-11-29 12:40:00

Son vaxtlar Bakı şəhərinin müxtəlif küçə və prospektlərində minik avtomobilləri yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişindaşıma xidməti göstərən daşıyıcıların fəaliyyətinə mane olur, ictimai nəqliyyat vasitəsi olan sərnişin avtobuslarının yolunda təhlükəli vəziyyət yaradırlar.

Fins.az xəbər verir ki, Şirkətdən verilən məlumata görə, minik avtomobillərinin manevr qaydalarını pozması, sağdan ötmə əməliyyatı yerinə yetirməsi, nəqliyyat vasitəsini qəfil tormozlaması və.s. kimi hallarda mütəmadi yol nəqliyyat hadisələri baş verir ki, bu sərnişinlərin fiziki və psixoloji travma almasına, sığorta haqqında qanunvericiliyə əsasən qəza baş verən an həmin avtobusun yolun hərəkət hissəsində qalması və nəticədə yollarda sıxlığın və tıxacların yaranmasına eyni zamanda sərnişinlərin soyuq havalarda avtobuslardan endirilərək mənzil başına vaxtında çatmamasına səbəb olur. Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti minik avtomobili sahiblərinə müraciət edərək yol-hərəkəti qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağı və qəza şəraiti yaratmamağa çağırır.

Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə şirkətin istismarında olan avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirdikdə 85-90% hallarda qəzaların baş verməsinə səbəb məhz qarşı tərəf, yəni minik avtomobilləri olmuşdur. Nəticədə şirkətə və icbari sığorta təşkilatlarına külli miqdarda ziyan dəymişdir, hadisələr nəticəsində zərərlilik əmsalı yüksəlmişdir. Məhz bu hadisələr səbəbindən bəzi sığorta şirkətləri ictimai nəqliyyat vasitələrini sığortlamaqdan imtina etmişdir.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkəti xidmət səviyyəsinin yüksəldilməsi, təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə avtobus sürücülərinin maarifləndirilməsi istiqamətində mütəmadi iş aparır. Bu məqsədlə şirkətin istismarında olan bütün avtobuslarda sürücülərin fəaliyyətinə tam nəzarət üçün video kameralar quraşdırılmış, mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən gün ərzində sürücülərin fəaliyyətinə kameralar vasitəsilə nəzarət həyata keçirilir. Sürücülərin fəaliyyətinə ictimai nəzarətin stimullaşdırılması məqsədilə şirkət tərəfindən sərnişinlər üçün həvəsləndirici aksiyalar da keçirilir. Sərnişinlərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bir daha minik avtomobillərinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, bütün qəzaların video görüntüləri şirkət tərəfindən arxivləşdirilmişdir.

Eləcə də bax: Sürücü və piyadalara xəbərdarlıq - VİDEO

 ©Avtosfer

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256